Madaqaskar prezidenti Andri Radzuelinin olduğu avtomobilin altında partlayıcı qurğu işə düşüb. Həmin vaxt prezident iqamətcahına gedirmiş. Dövlət başçısının baş köməkçisi, polkovnik Fidimalala Rafaliarsonun məlumatına görə, hadisə nəticəsində zərər çəkən olmayıb və avtomobil yoluna davam edib.
Andri Radzueli təxminən iki il əvvəl müxalifət lideri kimi prezident Mark Ravalumananunu istefaya məcbur edərək, hakimiyyətə gəlib. Afrika Birliyi və dünya ictimaiyyəti bu hadisələri çevriliş kimi dəyərləndirib və yeni hakimiyyəti tanımırlar. Beynəlxalq ictimaiyyət Andri Radzuelini koalision hökumət qurmağa çağırıb. Lakin Madaqaskar prezidenti milli birlik hökumətini qurmaqdan imtina edib və bu ilin payızına seçkilər təyin edib.
Madaqaskar prezidentinə sui-qəsd olub
Qeyri-konstitusion yolla hakimiyyətə gələn Adndri Radzuelinin maşının altında bomba partlayıb




Şərhlər