“Lokomotiv”in qəzada həlak olan üzvləri ilə vida mərasiminin vaxtı açıqlandı
09 Sentyabr 2011 Cümə 01:34
Azarkeşləri Yaroslavla aparmaq üçün xüsusi qatarın təşkil ediləcəyi gözlənilir
Rusiyanın “Lokomotiv” hokkey klubunun sentyabrın 7-də təyyarə qəzasında həlak olan hokkeyçiləri, məşqçiləri və əməkdaşları ilə vida mərasimi şənbə günü keçiriləcək. Rusiyanın idman, turizm və gənclər siyasəti nazirinin müavini Yuri Naqornıx “R-Sport” agentliyinə bildirib ki, mərasimin təxminən saat 11-də başlayacağı gözlənilir.
“Lokomotiv” klubunun oyunçularının olduğu “Yak-42” təyyarəsi sentyabrın 7-də Yaroslavl şəhəri yaxınlığındakı Tunoşna yaşayış məntəqəsi ətrafında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 45 nəfər - 37 sərnişin və 8 heyət üzvü olub. Qəzadan yalnız iki nəfər sağ xilas ola bilib və onların vəziyyəti olduqca ağırdır. Yaroslavl klubunun hokekeyçiləri Minskə Kontinental Hokkey Liqasının çempionatı çərçivəsində yerli “Dinamo” ilə qarşılaşmaq üçün gedirdilər.
Yuri Naqornıx ötən gün Yaroslavlda olub və komandanın azarkeşləri ilə görüşüb.
“Klubun hookeyçiləri, məşqçiləri və işsiləri ilə vida mərasimi şənbə günü günün birinci yarısında keçiriləcək. Mərasimin təxminən saat 11-də keçirilməsi nəzərdə tutulur”, - nazir müavini bildirib. Onun sözlərinə görə, Moskvada şənbə günü səhər xüsusi qatarın Yaroslavla hərəkət etməsinin təşkili üçün iş aparılır. “Bir çox komandaların oyunçuları və azarkeşləri çox yaxşı tanıdıqları oyunçular və mütəxəssislərlə vidalaşmaq üçün Yaroslavla getmək istəyirlər. Faciə olduqca çox adamı birləşdirdi və heç kim laqeyd qalmadı. Qatarla bağlı son qərar cümə günü veriləcək”, - Yuri Naqornıx deyib.
Onun sözlərinə görə, “Lokomotiv”in əksər azarkeşləri faciəti şəxsi fəlakətləri kimi qəbuol edirlər. “Yaroslavl üçün “Lokomotiv” komandadan çox şey deməkdir. Klub şəhərin simvoludur və itkinin yeri doldurula bilməz. Hazırda şəhərdə çox çətin atmosfer var. Bu yara uzun müddət, bəlkə də heç vaxt sağalmayacaq”.
DOSTLARINLA PAYLAŞ: