Bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 14.00 radələrində Lökbatan qəsəbəsinin ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında “Hundai Tucson” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərədən aşağı yuvarlanıb. Avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Lökbatanda “Hundai Tukson” dərəyə aşıb
Lökbatanda “Hundai Tukson” dərəyə aşıb. Sürücü ağır yaralanıb.




Şərhlər