Hadisə

Liviyada peyk telefonlarından istifadəyə görə ölüm cəzası tətbiq edildi

Belə telefonlardan istifadə edənlər NATO-nun casusu sayılacaqlar

· Xəbərçi
Liviyada peyk telefonlarından istifadəyə görə ölüm cəzası tətbiq edildi
Liviya hökuməti lisensiyasız peyk telefonlarından istifadəyə qadağa qoyub. Belə telefonlardan istifadə edən liviyalılar NATO-nun casusu sayılacaq və vətənə xəyanətə görə ölüm cəzasına məhkum ediləcəklər. Bu barədə məlumatı “Associated Press” agentliyi Liviyanın JANA agentliyinə istinadən yayıb.

Liviyada bu ilin fevralında mobil telefonlardan istifadə qadağan edildikdən sonra peyk telefonları vətəndaşlar üçün yeganə rabitə əlaqəsi vasitəsinə çevrilmişdi.

Şərhlər