Hadisə

Lerikdə hərbi maşının qəzaya uğraması zamanı xəsarət alan əsgərlərdən biri vəfat edib

Aprelin 3-də Lerik-Lənkəran yolunda Sərhəd Qoşunlarının hərbi qulluqçularını aparan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət almış əsgərlərdən biri dünyasını dəyişib.

· Xəbərçi
Lerikdə hərbi maşının qəzaya uğraması zamanı xəsarət alan əsgərlərdən biri vəfat edib
APA-nın cənub bürosunun məlumatına görə, Cəbrayıl rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Elçin Lələkişi oğlu Qurbanov bu gün Lənkəran Hərbi Hospitalında vəfat edib. Bununla da qəzadan ölənlərin sayı 5 nəfərə çatıb.

Qeyd edək ki, dünən baş verən avtomobil qəzasında 4 hərbi qulluqçu – Sabunçu rayon Hərbi Komissarlığından xidmətə çağırılmış kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Şəmkir rayon Hərbi Komissarlığından xidmətə çağırılan kiçik çavuş Əhmədov Pərviz Rahid oğlu, Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Fərəcov Elnur Qaçay oğlu , Beyləqan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Nəsirov Fuad Əmiraslan oğlu dünən elə hadisə yerindəcə vəfat ediblər. Daha 4 hərbi qulluqçu isə hazırda hərbi hospitalında müalicə olunur.

Bu gün Samir Xəlilovun cənazəsi ata-baba yurdu olan Şamaxıda, Fuad Nəsirov Beyləqan rayonunda, Pərviz Əhmədov da Şəmkir rayonunda torpağa tapşırılıb. APA

Şərhlər