Lənkəranda quldurluq hadisəsi
30 Noyabr 2010 Çərşənbə Axşamı 14:40
Faktla bağlı iki nəfər həbs olunub
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirtdiyi əməliyyat axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisində baş vermiş quldurluq hadisəsinin üstü “isti izlər”lə açılıb. Şöbənin istintaq bölməsinin rəisi Polad Mehdiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri 1981-ci il təvəllüdlü Samir Tofiq oğlu Əhmədov yaxın tanışı 1989-cu il təvəllüdlü Yusif Etibar oğlu Salayev ilə aralarında qabaqcadan razılığa gələrək tamah məqsədi ilə qulduqluq etdiklərinə görə saxlanılıblar.

“Plana görə Samir Yusifi Rəssamlıq Evinin yanında gözləməli olub. Yusif Dəmir Yol Vağzalına gedərək orada taksi fəaliyyəti ilə məşğul olan Ramil Məmmədovun"VAZ-21" markalı avtomobilinə minərək avtomobili Samirin yanına sürdürüb və həmin yerdə onu da maşına götürərək onları kəndə aparmaqlarını xahiş edib. Lazım olan yerə çatdıqdan sonra Yusif əlindəki bıçaqla sürücüyə zor tətbiq edərək ondan 23 manat pul alaraq hadisə yerindən uzaqlaşıb”, - deyə Polad Mehdiyev hadisəni şərh edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə cinayət işi başalnaraq, araşıdrma aparılır.

Qeyd edək ki, hazırda hər iki şəxs barədə Lənkəran rayon Məhkməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib. İki uşaq atası olan Samir və bu hadisədə ona yardımçı olan Yusif uzun müddətdir ki, narkotik maddələrdən istifadə edirlər. Lənkəran rayon polis şöbəsindən verilən məlumata görə, indi dostları 4 ildən 9 ilə kimi həbs cəzası gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar