Hadisə

Lənkəranda poçt işçisi özünü asıb

Hadisə poçt binasının qarşısında baş verib

· Xəbərçi
Lənkəranda poçt işçisi özünü asıb
Bu gün səhər saatlarında Lənkəran rayonunda intihar hadisəsi baş verib. Lənkəran rayon prokurorunun müavini Rəşad Tanrıverdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Aşağı Nüvədi kəndindəki poçt binasının qarşısında baş verib.

Poçt idarəsində elektrik mühəndisi işləyən Aşağı Nüvədi kənd sakini 46 yaşlı Ələkbər Vəliağa oğlu Hüseynov özünü kəndirlə asaraq intihar edib. İlkin versiyaya görə hadisəyə səbəb, mərhumun əsəb xəstəliyindən əziyyət çəkməsi olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər