Hadisə

Lənkəranda oğul atasını güllələdi

Hadisə ehtiyatsızlıq nəticəsində baş verib

· Xəbərçi
Lənkəranda oğul atasını güllələdi
Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün saat 10.00 radələrində baş verib.

Rayonun Laj kənd sakini, 23 yaşlı Hakim Əliyev ehtiyatsızlıq nəticəsində ov tüfəngindən atəş açaraq atası Nazim Əliyevi öldürüb.

Əraziyə polis şöbəsinin və Prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.

Şərhlər