Lənkəranda iki Jiquli toqquşdu
29 Yanvar 2011 Şənbə 12:20
Lənkəranda iki Jiquli toqquşdu. İki nəfər yaralandı.
Lənkəran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün saat 22:30 radələrində Ələt –Astara magistral yolunun 201-ci km-də, yolun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 22 yaşlı Zamin Zahid oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərkətdə olan zaman Lənkəran rayon Şilavar kənd sakini 21 yaşlı İmran Adil oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkim-travmotoloq Rövşən İmamverdiyev bildirib ki, xəstələrdən birində baş nahiyəsində və sifət nahiyəsində əzilmiş, kəsilmiş yaralar, ikinci xəstədə sifət nahiyəsində əzilmə, diz nahiyəsində qapalı travma aşkar olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat bölməsində araşdırma aparılır. İşi araşdıran Baş dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov hadisənin baş vermə səbəbləri ilə bağlı açıqlama verməkdən imtina etdiyindən qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi bilinmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar