Hadisə

Lənkəranda ev yanıb

Lənkəranda ev yanıb. Ev yiyəsi mətbəxtdə yanan odun sobasını nəzarətsiz qoyub.

· Xəbərçi
Lənkəranda ev yanıb
Ötən gecə Lənkəranda Rəfiqə Qasımovaya məxsus fərdi yaşayış evində yanğın baş verib. Yanğının şiddətlənməsinin qarşısını almaq məqsədilə dərhal əraziyə elektirik enerjisinin verilişi dayandırılıb. Yanğının söndürülməsinə Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub.

Yerli sakinlərin də köməkliyi ilə odu söndürmək mümkün olub. Yanğın zamanı ev sahibinin əmlakına və ailə üzvlərinə ciddi ziyan dəyməyib. İlkin ehtimala görə, yanğın hadisəsi mətbəxtdə yanan odun sobasının nəzarətsiz qalması nəticəsində baş verib. ANSPRESS

Şərhlər