Lənkəranda avtomobil kanala düşdü
16 Fevral 2011 Çərşənbə 21:38
Qəza nəticəsində ölən və yaralanan var
Bu gün Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Lənkəran rayonu, Boradigah yolunun 5-ci kilometrliyində qeydə alınıb. Rayon sakini, 41 yaşlı Əliyar Hilal oğlu Məmmədov ona məxsus “Mercedes” markalı avtomobili ilə hərəkət edən zaman idarəetməni itirərək kanala düşüb. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan sərnişin, rayon sakini Sərvan Məmmədov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, qəza sürücünün sürət həddini aşması nəticəsində baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar