Lənkəran oğruları tutuldular
23 Fevral 2014 Bazar 15:50
Lənkəran oğruları tutuldular. Polislər ayrılıqda cinayət törədən Azər Canızadə və Nurlan İbrahimlini saxlayıblar.
Lənkəran polisi oğurluq törədilməsində şübhəli bilinən şəhər sakinini yaxalayıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis baş leytenantı Pərviz Əsədzadənin ANS PRESS-ə verdiyi məlumata görə, Lənkəran şəhəri, Şah İsmayıl Xətai küçəsi, 7 ünvanında yaşayan Gülverdi Atakişi oğlu Qasımov ərizə ilə polis şöbəsinə müraciət edərək ona məxsus olan fərdi yaşayış evindən 1 ədəd kompütürin, 2 ədəd gümüş üzüyün, 1 ədəd boyunbağının, 1 ədəd internet modem aparatının və 1000 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını göstərib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Müəyyən edilib ki, Gülverdi Qasımovun evini qarət edən Lənkəran şəhər sakini, 21 yaşlı Azər Mahir oğlu Canızadədir. M.Canızadə evində saxladığı maddi sübutla yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Lənkəran polisi daha iki oğurluq faktının üstünü açıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki oğurluq faktında təqsirli bilinən rayon sakini saxlanılıb. Rayonunun Sütəmurdov kənd sakini, 21 yaşlı Nurlan Cəsarət oğlu İbrahimli özgənin əmlakını gizli yolla talamaq məqsədilə gecə saatlarında həmkəndlisi Mirvari Əbdüləzim qızı İbadovaya məxsus evin birinci mərtəbəsinin açıq qalmış nəfəsliyindən əlini içəriyə salmaqla pəncərəni açıb və evə daxil olub. Sonra isə evin ikinci mərtəbəsindəki qapını açaraq qonaq otağına daxil olmaqla oradan 1 ədəd 800 manat dəyərində televizoru, 1 ədəd 220 manat dəyərində peyk antenasının mühərrikini, və 1 ədəd 60 manat dəyərində DVD maqnitafonu oğurlayaraq, ev sahibinə 1230 manat məbləğində maddi ziyan vurub.

Bununla kifayətlənməyən Nurlan İbrahimli yenidən gecə vaxtı digər bir həmkəndlisi olan Elşad Cahangir oğlu İbrahimovun da evini yağmalayıb. Evə gizli yolla daxil olan oğru oradan 1 ədəd 800 manat dəyərində kompüteri, 1 ədəd 220 manat dəyərində peyk antenasının mühərrikini, 1 ədəd 60 manat dəyərində peyk antenasının mühərrikini, 1 ədəd 60 manat dəyərində internet modem aparatını, 1 ədəd 900 manat dəyərində “Sony” markalı rəngli televizoru, 1 ədəd 100 manat dəyərində DVD maqnitafonu, 1 ədəd 80 manat dəyərində “Canon” markalı rəqəmsal foto aparatı və 1 ədəd 800 manat dəyərində “Sony” markalı video kameranı oğurlayaraq, ev sahibinə 3020 manat məbləğində maddi ziyan vurub.

Keçirilmiş əməliyyat-tədbir nəticəsində Nurlan İbrahimli yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar