Xırdalan şəhərində yaxın qohumlar arasında bıçaqlanma hadisəi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 19-da saat 00.50 radələrində Xırdalan şəhər sakini Aidə Hüseynova polisə zəng edərək oğlu Elnurun kürəkəni Hafiz tərəfindən bıçaqlanması barədə məlumat verib. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapıb. Məlum olub ki, Hafiz Hüseynovun münaqişə zəminində qaynı Elnura və onun atası Məhəmmədə bıçaqla ağır bədən xəsarəti yetirib. H. Hüseynov tutulub. /ANS PRESS/