Hadisə

Kürəkən qaynatısını vəhşicəsinə öldürdü

Kürəkən qaynatasına 20-yə yaxın bıçaq zərbəsi vurub.

· Xəbərçi
Kürəkən qaynatısını vəhşicəsinə öldürdü
Ötən gecə Bakının Nizami rayonunda kürəkən qaynatasını xüsusi amansızlıqla öldürüb.

Nizami rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Qara Qarayev prospektində yerləşən kafelərdən birində Elçin Nurəddin oğlu Lazımov qayınatası Rəvan Arif oğlu Əliyevə 20-yə yaxın bıçaq zərbəsi vurub.

Hadisə qaynata ilə kürəkənin arasında mübahisədən sonra baş verib. Deyilənlərə görə kişi kürəkənini hansısa səbəbdən danlayırmış.

Qaynatasını öldürən Elçin Lazımov polis tərəfindən tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər