Kürə düşən hamilə qadın axtarılır
04 Avqust 2014 Bazar Ertəsi 13:53
Kürün Qazax rayonu ərazisindən keçən hissəsində batan 4 nəfərdən 3-nün meyiti tapılaraq sudan çıxarılıb.
Qazax rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çalışır.

Xilasedicilərin axtarışı nəticəsində Kürdə batan 1998-ci il təvəllüdlü Pərvanə Civişova, Rafiq Civişov, 1994-cü il təvəllüdlü Gülmirə Civişovanın meyidləri sudan çıxarılıb.

Hazırda ailənin hamilə qızı, 1992-ci il təvəllüdlü Aytən Civişovanın axtarışı davam edir.

Qeyd edək ki, Qazax rayonunda bir ailənin 4 üzvü ana və 3 övladı Kür çayında boğulub. Hadisə avqustun 2-si, günorta saatlarında rayonun Aslanbəyli kəndinin ərazisində qeydə alınıb. Həmin gün Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə birlikdə Kür çayının sahilində həmin kəndə qonaq gediblər.

Bu zaman ailənin övladı 1997-ci il təvəllüdlü Civişov Rafiq Tofiq oğlu suda çimən zaman qəfildən boğulub. Ana 1968-ci il təvəllüdlü Civişova Pərvanə Əsəd qızı oğlunu xilas etməyə çalışıb. Ailənin qızları 1992-ci il təvəlldülü Civişova Aytən və 1994-cü il təvəllüdlü Gülmirə də özlərini suya atıblar. Bu zaman ailənin bütün üzvləri suda boğulublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar