Hadisə

Kürdəmirdə nişanlı qız kişilər arasına qan saldı

Ata oğlunun şərəfinə toxunanları cəzalandırmaq üçün bıçağa əl atıb

· Xəbərçi
Kürdəmirdə nişanlı qız kişilər arasına qan saldı
Kürdəmir rayonunda qız üstündə həmkəndlilər düşmən olublar. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Şilyan kəndi sakini Sədiyar Qədirov münaqişə zəminində həmkəndlisi 23 yaşlı Kənan Qafariyə bıçaqla xəsarət yetirib. Sədiyar Qədirov tutulub.

Rayon Polis Şöbəsinin istintaq bölməsindən verilən məlumata görə, S.Qədirovun bıçağa əl atmasına səbəb oğlunun şərəf məsələsi olub. Belə ki, bıçaqlanan Kənan Qafarinin qardaşı Nihad, təxminən 3 gün əvvəl Sədiyarın oğlunun nişanlısını qaçırıb. Ata oğluna qarşı edilən hörmətsizliyi qəbul etməyərək həmkəndisi ilə bıçaq davasına çıxıb.

Onu da əlavə edək ki, qız könüllü qoşulub qaçdığından polisə bununla bağlı hər hansı şikayət daxil olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-cı) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər