Kürdə çimən 21 yaşlı oğlan boğuldu
27 Aprel 2012 Cümə 13:47
Tural İsmayılovun cəsədi batdığı yerdən 30 m aralıda sudan çıxarılıb.
Kür çayının Şəmkir rayonu, Daşbulaq kəndi ərazisindən keçən hissəsində 21 yaşlı oğlan batıb. ANS PRESS-in Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Tural Nazim oğlu İsmayılov çayda, ən yaxın xilasetmə məntəqəsindən 140 km aralıda çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilən nazirliyin dalğıc-xilasediciləri Tural İsmayılovun cəsədini batdığı yerdən 30 m aralıda taparaq sudan çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 00:07-də başa çatıb.
DOSTLARINLA PAYLAŞ: