Hadisə

Kərkükdə partlayış: 20-dən çox yaralı var

Partlayıcı quraşdırılmış maşın şəhərin kürdlər yaşayan rayonunda partladılıb

· Xəbərçi
Kərkükdə partlayış: 20-dən çox yaralı var
İraqın şimalındakı Kərkük şəhərində baş vermiş partlayış nəticəsində 20-dən artıq adam xəsarət alıb. Polisin məlumatına görə, partlayıcı quraşdırılmış maşın şəhərin kürdlər yaşayan rayonunda partladılıb. İlkin məlumatlarda ölənin olmadığı bildirilir.

Qeyd edək ki, əsasən ərəb və kürdlərin yaşadığı Kərkükdə son həftələr etnik münasibətlər gərginləşib.

Şərhlər