Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsi əməkdaşlarının Astara şəhəri ərazisində həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Qurban Əhmədəli oğlu Kazımovun üstündən çəkisi 5,039 qram narkotik vasitə olan tiryək aşkar edilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, narkotik vasitə Qurban Kazımovun kəmərinin altından tapılıb.
Faktla bağlı toplanan materiallar Lənkəran şəhər polis şöbəsinə təqdim edilib. ANSPRESS
Kəmər altından tiryək çıxdı
Hadisə Lənkəranda baş verib.




Şərhlər