Lənkəran şəhərində iki qardaşdan narkotik tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri, Emin Vəliyev və qardaşı Elçinin yaşadıqları mənzilə baxış zamanı oradan 1 kiloqram 980 qram həşiş və 7 qram tiryək aşkar edilərək götürülüb.
Narkotik maddə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb.
Saxlanılan şəxslər əvvəllər də məhkum olunublar.
Keçmiş “zek” qardaşlar yenə
Onlardan narkotik maddə tapılıb




Şərhlər