Yunanıstanın şimalında yerləşən Porto Karras istirahət zonasında iki nəfər silahlı şəxs kazinodan 600 min avro oğurlayıb. Mühafizəçiləri tərkisilah edən oğrular kazinonun əsas seyfini yarmağa müvəffəq olublar.
Cinayətkarların isti izlərlə yaxalanması isə mümkün olmayıb. Hazırda isə kazinonun fəaliyyəti qeyri müəyyən müddətə dayandırılıb.
Bir müddət öncə isə Hollandiyadakı kazinolardan birindı xadimənin sayıqlığı nəticəsində silahlı hücumun qarşısını almaq mümkün olmuşdu. ANSPRESS
Kazinodan 600 min avro oğurlandı
Əyləncə mərkəzinin fəaliyyəti isə dayandırılıb




Şərhlər