Jurnalisti dişləyiblər
24 Fevral 2011 Cümə Axşamı 21:56
Brüsseldə media təmsilçiləri arasında dava düşüb
Rusiya ilə Avropa İttifaqının Brüsseldə keçirilən birgə plenar iclasında qalmaqal yaşanıb. İclasın gedişini iləyən fransız və rusiyalı jurnalist arasında dava düşüb. Yer üstündə düşən münaqişədən fransalı jurnalist qalib ayrılıb. O, rusiyalı həmkarı, “İtoqi” jurnalının foftomuxbiri Vladimir Novikovun sağ əlini dişləyib.
“Sizə güməli gələ bilər, amma indi mənə quduzluğa görə iynə vurulmalıdır”,- deyə zərərçəkmiş jurnalist “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
DOSTLARINLA PAYLAŞ: