Jiquli velosipedlə toqquşdu, velosipedçi öldü
Yol qəzası Zaqatalada baş verib. Jiquli velosipedlə toqquşub, velosipedçi ölüb.
Zaqatala rayonu Danaçı kəndində da ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 1982-ci il təvəllüdlü Ruslan Həbibullah oğlu Zutovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə velosipedlə gedən 1953-cü il təvəllüdlü Hacıəhməd Musa oğlu Şabanovu vurub. Nəticədə Hacıəhməd Şabanov ölüb.




Şərhlər