Zərdab rayonunda intihar hadisəsi baş verib. Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən rayonun Bəyimli qəsəbəsində qeydə alınıb. Ucar rayonunun Qaradağlı kənd sakini, IX sinif şagirdi Əhmədov Nahid Gülmirzə oğlu özünü Fikrət Qəribova məxsus fermada asıb.
Məlumata görə, mərhumun valideynləri fermada çalışırlar. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
IX sinif şagirdi özünü asdı
Zərdab rayonunda intihar hadisəsi baş verib




Şərhlər