İstədiyi qızı qaçırmaq istədi, polis imkan vermədi
11 İyul 2012 Çərşənbə 10:44
Gəncə sakini dəfələrlə rədd cavabı aldığı qızı qaçırmaq qərarına gəlib.
Gəncədə adam oğurluğu hadisəsi baş verib. Milli.az-ın verdiyi məlumata görə, Gəncə sakini istədiyi qızı qaçırsa da, polis bir gündən sonra qaçırılan qızın Tovuz rayonunda olduğunu müəyyən edərək, onu valideynlərinə təhvil verib.

İyulun 2-də Gəncə şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan qızın qaçırılması haqqında ərizə daxil olub. Aparılmış əməliyyat tədbirləri nəticəsində məlum olub ki, “qız qaçırma” hadisəsinin əsas ssenarisini Gəncə sakini, 1986-cı il təvəllüdlü Mobil Hüseynov hazırlayıb. O, uzun müddətdir ki, həmin qızı sevsə də, ondan dəfələrlə rədd cavabı alıb. Bundan sonra, o, yetkinlik yaşına çatmamış qızı zorla qaçırmaq qərarına gəlib.

Bu məqsədlə də Mobil Hüseynov xalası oğlu Tural Bağırovla danışıb və qızın qapısının yaxınlığında pusqu qurublar. Təxminən 2 saat gözləyən qohumlar qızın evdən çıxdığını görüb, ona ağır zərbə yetirməklə naməlum istiqamətə yola düşüblər.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi Yadigar Quliyev: “Aparılmış əməliyyat tədbirləri nəticəsində gün ərzində yetkinlik yaşına çatmamış qızın Tovuz rayon Xatınlı kəndində saxlanıldığı məlum olub. Uğurlu əməliyyat tədbirləri nəticəsində qaçırılan şəxs tapılaraq, valideynlərinə təhvil verilib. Mobil Hüseynov bildirib ki, onu evlənmək məqsədilə qaçırıb. O, qızı 1 il bundan qabaq şadlıq evində toyda görsə də, qızdan “hə” cavabı ala bilməyib”.

Mobil Hüseynov və Tural Bağırov barəsində həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.2.2.-ci, yəni adam oğurluğuna cəhd maddəsi ilə iş açılıb.

Saxlanılanların hər ikisini 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar