İsmayıllılar yenidən şok yaşadı
03 Fevral 2014 Bazar Ertəsi 15:15
Yerli vaxtla saat 14:43 radələrində Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində yenidən zəlzələ qeydə alınıb.
Azərbaycanın İsmayıllı rayonunda yenidən zəlzələ baş verib. ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43 radələrində Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, bu gün səhər də İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.Zəlzələ yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Ötən gün yerli vaxtla saat 21:36-da Qusardan 8 km şimal-qərbdə, 48 km dərinlikdə zəlzələ qeydə alınmışdı. Zəlzələnin gücü Rixter cədvəli üzrə 3,1 bal olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar