Hadisə

İsmayıllı rayonunda ər arvadını baltalayıb

Azərbaycanın İsmayıllı rayonunda dəhşətli qətl törədilib.

· Xəbərçi
İsmayıllı rayonunda ər arvadını baltalayıb
Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə ötən gecə rayonun Qəzli kəndində qeydə alınıb. Kənd sakini Valeh Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı Tamerlan Məmmədovanı baltalayıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən V. Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər