Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyenberyan rayonunun Voskevan, işgal olunmuş Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şırvanlı, Baş Qərvənd kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
İşğalçı Ermənistan ordusu atəşkəs rejimini pozub
Düşmən cavab atəşi ilə susdurulub.




Şərhlər