Hadisə

İraqda partlayış baş verib

Ölən və yaralananlar var

· Xəbərçi
İraqda partlayış baş verib
İraqın şimalındakı Kərkük şəhərində terror aktı törədilib.

Avtomobilin partladılması nəticəsində azı 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Kərkük polisinin məlumatına görə, partlayış bələdiyyə strukturlarının yerləşdiyi binaların yaxınlığında törədilib. Terrorçuların hədəfinin şəhər bələdiyyəsinin məmurlarından biri olduğu ehtimal edilir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Şərhlər