Hadisə

İranlı məhkum Azərbaycanda öldü

O, qəfildən həbsxanada keçinib

· Xəbərçi
İranlı məhkum Azərbaycanda öldü
Azərbaycanda Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 13-də Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, İran İslam Respublikasının vətəndaşı, 1960-cı il təvəllüdlü Vahidi Xatuni Həbib Əhməd oğlu qəfildən keçinib.

Hadisə barədə dərhal Xəzər Rayon Prokurorluğuna məlumat verilib. Meyitə ilkin baxış keçirən ekspertlər onun ürək tutmasından öldüyünü müəyyən edib. Mərhumun ölümünün dəqiq səbəbləri isə tibbi ekspertizanın açıqlayacağı rəydən sonra məlum olacaq.

Vahidi Xatuni Həbib Əhməd oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlıqdan məhrum edilibmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər