İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
08 Sentyabr 2011 Cümə Axşamı 13:19
Aksiya iştirakçıları Urmiya gölünün qorunmasını tələb ediblər
İran İslam Respublikasının Bakıdakı səfirliyinin binası qarşısında Urmiya gölünün qurudulması ilə bağlı etiraz aksiyası keçirilib. Aksiyada Dünya Azərbaycanlıları Konqresinin 15-dək üzvü iştirak edib.
DAK-ın sədri Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında bölgədə çox sayda azərbaycanlının yaşadığını və Urmiya gölünün probleminin Azərbaycanın problemi olduğunu deyib. Hüquq mühafizəçiləri aksiya iştirakçılarını yan küçəyə sıxışdıraraq səfirliyin binasının yaxınlığına buraxmayıblar.
Etirazçılar İran hakimiyyətini Urmiya gölünun qurudulması ilə bağlı fəaliyyətini tənqid edən bəyanatlarınıoxuyublar.
"Biz antiazərbaycan fəaliyyətinə son qoyulmasını və Urmiya gölünün qorunması ilə bağlı İranda keçirilən aksiyda həbs edilən şəxslərin azad edilməsini tələb edirik", deyə S.Rüstəmxanlı bildirib.
İranın Azərbaycandakı səfirliyinin əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər.
DOSTLARINLA PAYLAŞ: