İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb
24 İyul 2012 Çərşənbə Axşamı 19:56
Əməliyyat nəticəsində 3 İran vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbir nəticəsində sərhədçilərə tabe olmayan İran vətəndaşları 10 kiloqram həşişi dənizə ataraq qaçmaq istəsələr də, sərhəd gözətçi kateri onları yaxalaya bilib.

Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki Sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 nəfər İran vətəndaşı - Elcalı Adil Abdulhüseyn oğlu, Mehdi Aslan Xudaverən oğlu və Seyid Qulamrza Mirəziz oğlu saxlanılıb.

Keçirilmiş digər əməliyyat nəticəsində sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək geri - İrana qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus 1 kiloqram həşiş və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

DSX əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Dakar kəndi ərazisində yerləşən sahibsiz tikilidə gizlədilmiş lüləsi kəsik silah, patrondaş və bir ədəd bıçaq aşkarlanaraq götürülüb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar