İranda güclü zəlzələ oldu
24 İyul 2012 Çərşənbə Axşamı 13:19
Yeraltı təkanların episentri İsfahandan 127 kilometr cənub-qərbdə yerləşib
İranda 5,2 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin qərbində qeydə alınıb. Zəlzələ yerli vaxtla 10:20 radələrində baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri İsfahan şəhərindən 127 kilometr cənub-qərbdə yerləşib. Təbii fəlakət nəticəsində insan təlafatı və dağıntılar haqqında məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar