İnsan mədəsindən yad cismlər də çıxarmış
11 Aprel 2011 Bazar Ertəsi 23:14
ANS TV-nin əməkdaşları Bakıda qeyri-adi muzeyin fəaliyyət göstərdiyini öyrəniblər
9 ay qarnında daşıyandan sonra dünyaya insan gətirən Adəm övladının bətnindən yad cismlər də çıxarmış. Biz uşaq olanda, “Qırmızı papaq” nağılında canavarın qarnından nəyin-kimin çıxmasını eşidib xəyal edirdik. Amma indi nağıl danışmırıq. Dəmir-dümür yeyən eşitmişdik. Qarnından çəngəl-bıçaq çıxan yox.

ANS TV-nin əməkdaşları təsadüfən Bakıda xəstəxanalardan birində çəkiliş apararkən əməliyyat otağının bir kənarında maraqlı bir muzey-guşəyə rast gəliblər. Şüşə altında saxlanılan kiçik muzeydə maraqlı o qədər əşya var idi ki... İri daş parçalarından tutmuş güllə, kibrit çöpü və çəngələ kimi. Onlar öyrəndilər ki, bu əşyalar əməliyyat olunan xəstələrin qarnından çıxarılıb. Guşədə 2 çəngəl yer alır ki, onlardan biri azyaşlının, digəri isə həbsxanada yatan dustağın qarnından çıxarılıb. Dustaq barmaqlıqlar arxasından özünü xilas etmək üçün barmağı əvəz edən əşyanı yeməyi qarşısına məqsəd qoyaraq, onu udub. Çətinliklə də olsa, həkimlər ucu şiş dəmir parçasını dustağın qarnından çıxara biliblər.

Müharibə şəraitində yaşayan dövlətin əsgər və ya sıravi vətəndaşından güllə çıxarılmasında elə təəccüblü bir məqam olmasa da, guşədə güllənin yer alması səbəbsiz deyil. Sən demə, bu güllə həyat üçün vacib olan ürək qişasından çıxarılıb.

Xəstəxananın muzeyində kibrit çöpü də yer alır. Bunun da maraqlı tarixçəsi var. Hadisə ötən əsrin 90-cı illərində baş verib. Lənkəran rayonunda əməliyyat zamanı qəflətən işıqlar sönüb. Cərrahiyyə blokunu işıqlandırmaq üçün kibrit yandırılıb. Ehtiyatsızlıqdan və bilməzlikdən çöp əməliyyat olunan xəstənin qarın boşluğuna düşüb. Cərrah Fariz Camalovun sözlərinə görə, bir il sonra isə həmin kibrit çöpü xəstənin qarın boşluğundan çıxarılıb.

Öd, bağırsaq, sidik kisəsindən çıxarılan daşlar da həm tərkibi, həm də ölçüsünə görə çox fərqlənir. Bu daşlar çay daşlarına bənzəyir. Professor Camalov bildirir ki, qeyri-adi patologiyalardan biri öd daşı xəstəliyinin bağırsaqa düşməsidir. Nəticədə bağırsaq keçilməzliyi yaranır.

Heç şübhəsiz ki, qeyri-adiliklərdən biri ötən həftə azyaşlı qızın mədəsindən çıxarılan 2 kq-lıq tük idi. İnsan ömrü də bir tükdən asılıdır. Çalışın özünü qoruyun!


DOSTLARINLA PAYLAŞ:

oyunlar