Hadisə

İki sərnişin təyyarəsi toqquşdu

Xəsarət alan olmasa da, hər iki təyyarədə ciddi ziyan dəyib

· Xəbərçi
İki sərnişin təyyarəsi toqquşdu
İsrailin Ben-Qurion hava limanın uçuh-eniş zolağında “El Al” hava yolları şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub. Təyyarələr Boeing-747 və Boeing-777 tipli olub. Məlumatı yerli KİV yayıb.

Hər iki təyyarə toqquşma zamanı anqara aparılırış. “El Al” şirkəti hadisənin araşdırılması üçün xüsusi komissiya yardıb.

Toqquşma nəticəsində xəsarət alan olmayıb. Amma hər iki təyyarəyə ciddi maddi ziyan dəyib. Yerli KİV iddia edir ki, qəzaya elementar səhlənkarlıq səbəb olub.

Şərhlər