İki illik ədavət ölümlə bitdi
02 İyun 2010 Çərşənbə 22:45
İki illik ədavət ölümlə bitdi. Yevlax sakini həmyaşıdını güllələdi.
Yevlaxda iki ailə arasında başlayan ədavət 2 ildən sonra tərəflərdən birinin qətli ilə nəticələnib.
Hadisə rayonun Səmədabad kəndində baş verib. 1980-ci il təvəllüdlü Hüseynov Hafiz Yaşar oğlu16 kalibrli qoşalülə ov tüfəngindən rayonun İsmayılabad kənd sakini, həmyaşıdı Məmmədov Seymur Kamal oğluna atəş açıb. Hadisə zamanı ətrafa səpələnən qırmalardan biri yaxınlıqda olan, Səmədabad kənd sakini Novruz Qəhrəmanova dəyib. Hər iki yaralı dərhal Yevlax Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sinəsindən bir güllə yarası alan seymurun həyatının xilas etmək mümkün olmayıb. Yaralı Novruz Qəhrəmanov isə ilkin tibbi yardımdan sonra müalicəsini ambutlator qaydada davam etdirməsi üçün evə buraxılıb.
Hadisəni törədən Hafiz Hüseynov könüllü olaraq polisə təslim olub. İstintaqa cəlb olunan Hüseynovun verdiyi ifadəsindən məlum olub ki, qətlin baş verməsinə səbəb bir neçə il əvvəl Seymurun qardaşının onun başına gətirdiyi hadisəni hafizəsindən silib ata bilməməsi olub.
Yevlax rayon Prokurorluğunun müstəntiqi Vahid Məmmədov bildirib ki, Seymurun qardaşı ilə Hafiz arasında 2008-ci ildə munaqişə baş verib və Hafiz bıçaqlanıb. Müxtəlif vaxtlarda onlar arasında mübahisə olub deyə, Hafiz Seymuru öldurmək qərarına gəlib.
Qərarını reallaşdırmaq üçün isə o, həmişə maşınında özü ilə gəzdirdiyi “Toz” markalı qoşalülə ov tüfəngini işə salıb. Təsadüfən Seymuru yolda görən Hafiz fürsəti əldən verməyib və silahını 6 metr məsafədən düz onun sinəsinə tuşlayıb.
Hadisə yerinə baxış keçirilərkən qətldə istifadə olunan silah oradan aşkar olunaraq götürülüb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: