İki dostun mübahisəsi qanlı sonluqla yekunlaşdı
22 May 2012 Çərşənbə Axşamı 23:18
Hadisə Bakının Suraxanı rayonu ərazisində baş verib.
Paytaxtda iki dostun mübahisəsi qanlı sonluqla yekunlaşıb. Hadisə Bakının Suraxanı rayonu ərazisində baş verib.

Paytaxt sakini Əsgərov Murad Məzahir oğlunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi xəbəri daxil olan zaman, polis hələ hadisənin kim tərəfindən törədilməsi barədə xəbərsiz idi. Xəstəxanada zərərçəkmiş şəxsin ilkin ifadəsi alındıqdan sonra artıq qaranlıq məqamlara da aydınlıq gətirilib. Müəyyən edilib ki, əslində Murad Əsgərov yad bir şəxs deyil, elə öz tanışı Ceyhun Əliyev tərəfindən bıçaqlanıb.

Məlumat üçün bildirək ki, dostuna bıçaq xəsarəti yetirdiyi üçün polis tərəfindən saxlanılan Ceyhun Əliyev əvvəllər də narkotik vasitələri əldə edib saxlama maddəsi ilə təqsirli bilinərək iki dəfə məhkumluq həyatı yaşayıb. Bu dəfə isə ona qarşı Cinayət Məcəlləsinin 126-cı, yəni “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar