İğdırlılardan Sərkisyan bəyanatına etiraz aksiyası
01 Avqust 2011 Bazar Ertəsi 15:56
İğdırlılar Türkiyə-Ermənistan sərhədində Serj Sərkisyanın bəyanatına etiraz olaraq aksiya keçiriblər


Bakı. Habil Süleymanzadə-APA. Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd məntəqəsi yaxınlığında Ermənistan prezidenti Serj Sərkisyanın son bəyanatına etiraz əlaməti olaraq nümayiş keçirilib. APA-nın verdiyi məlumata görə, aksiya İqdırdakı bir sıra ictimai təşkilatlar tərəfindən təşkil edilib. “Qatil Sərkisyan” şüarları ilə nümayişə çıxan iştirakçılar aksiya zamanı erməni liderinin fotoşəkillərinə od vurublar. Aksiya təşkilatçılarından Göksal Gülbəy deyib ki, son bəyanatı ilə Sərkisyan türklərə qarşı düşmənçiliyini bir daha sübut etmiş olub: “Biz Sərkisyana üz tuturuq: bacarırsansa, gəl Ağrı dağı al. Sərkisyan türk xalqından üzr istəməlidir”.

Gülbəy öz çıxışında bildirib ki, Avropa İnsan Haqları Məhkəməsində Sarkisyana qarşı ”Qarabağda azərbaycanlıların soyqırımı” ittihamı ilə iddia qaldırıblar.

Xatırladaq ki, bir qədər öncə Ermənistanın dövlət başçısı Dağlıq Qarabağı işğal etdiklərini etiraf edərək ermənilərin gələcək nəsillərinin isə Şərqi Türkiyəni zəbt edəcəklərini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar