Heydər Əliyev Mərkəzi yanır
Heydər Əliyev Mərkəzi yanır. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib.
Azərbaycan paytaxtında Heydər Əliyev Mərkəzində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 4-cü çağırışla 10-a yaxın yanğınsöndürən maşın göndərilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri məlum deyil.




Şərhlər