Heydər Əliyev Beynəlxalq Hava Limanının yük terminalının kassasından 90 min manat oğurlanıb
12 Avqust 2010 Cümə Axşamı 13:12
Heydər Əliyev Beynəlxalq Hava Limanının yük terminalının kassasından 90 min manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında hadisənin iyulun 31-də baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu barədə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olan kimi dərhal Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi qaldırılıb və əməliyyat tədbirlərinə başlanıb.

Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Yük terminalının kassasından 90 min manat pulu oğurlayan şəxslərin oranın xəzinədarı Sevda Rəhimova və onun həyat yoldaşı İlham Rəhimov olduğu müəyyənləşib. Onlar Qəbələ rayonunda həbs edilərək istintaqa cəlb olunublar. Tutulan zaman təqsirləndirilən şəxslərin üzərindən 66 min 35 ABŞ dolları və 5220 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar