Həyat yoldaşını güllələdi
04 Mart 2009 Çərşənbə 14:10
Hadisə Ərəbuşağı kəndində baş verib

Arvadını güllələyən Ağsu rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ötən gün saat 16.50 radələrində Ərəbuşağı kəndində baş verib. Belə ki, Tofiq İsayev ailə münaqişəsi zəminində mübahisə etdiyi arvadı Güllünü ov tüfəngindən atəş açaraq yaralayıb. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.İsayev tutulub. Ondan 1 ədəd ov tüfəngi götürülüb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar