Hərbi hissədə bədbəxt hadisə: 2 əsgər öldü
05 İyun 2012 Çərşənbə Axşamı 22:11
Tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb.
Bu gün Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə zamanı iki əsgər ölüb, biri isə xəsarət alıb. Hərbçilərin ANS TV-nin Qazax bürosuna verdiyi məlumata görə, saat 17.00 radələrində tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb. Hadisə baş verən andan dərhal sonra xəsarət alanlar hərbçilərin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin onlardan ikisinin həyatını xilas emtək mümkün olmayıb. Onlar xəstəxanaya daxil olarkən artıq kecinib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının cərrahı Teyyub Carçıyevin sözlərinə görə, xəstəxanaya gətirilən hərbçilərdən ikisinin həyatını xilas emtək mümkün olmayıb. Əsgərlərdən biri Sumqayıt Komissarlığından cağırılmış Quliyev Emin, digəri isə Ağdaş Komissarlığından cağırılmış hərbi qulluqcu Hüseynov Orxan idi. Zərərcəkmiş Keçəlov Elnur isə sağ aşağı ətrafın cırılmış-deşilmiş yaraları ılə xəstəxanada müalicə almaqdadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar