Həmcinslərini satan qadın saxlanıldı
15 Mart 2014 Şənbə 12:50
Qadınları aldadaraq Türkiyəyə aparıb, orada fahişəlyə məcbur edən şəxs tutuldu.
Bakıda qadınları aldadaraq Türkiyəyə aparıb, orada fahişəliyə məcbur edən şəxs ifşa olunub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mtəbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxil olan məlumata əsasən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşalrı əməliyyat keçirib.
Keçirilən əməliyyat zamanı verilən məlumat öz təsdiqini tapıb. Əməliyyat zamanı qadınları əxlaqsızlığa vadar edən Urağaran kənd sakini Sədaqət Əsgərova saxlanılıb.
Müəyyən olub ki, S.Əsgərova qadınları aldadıb Türkiyəyə aparırmış. Sədaqət Əsgərova orada qadınları cinsi istismara məruz qoyub. Onun bir çox qadının həyatını kirlədiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: