Hadisə

Həbsxanada soğan əməliyyatı

Məhbusa gətirilmiş sovqatın içərisindən narkotik tapılıb.

· Xəbərçi
Həbsxanada soğan əməliyyatı
Penitensiar Xidmətin əməliyyat aparatı tərəfindən cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS-ə verilən məlumata görə, yanvarın 25-də Qobustan qəsəbəsində yerləşən həbsxanada cəza çəkən 47 yaşlı məhkum Nəsirli Elcin Qorxmaz oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu, Baki şəhər sakini Allahverdiyev Ayaz Vahid oğlunun gətirdiyi sovqata baxış keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göy soğanın saplağının içərisində gizlədilmiş iki büküm yaşıl sellofanda olan narkotik maddələr - marixuana və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elçin Nəsirli Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama, istifadə etmə maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İfşa edilmiş fakt üzrə də müvafiq araşdırmalar aparılır. ANSPRESS

Şərhlər