Həbsxana sovqatında soğanın içindən narkotik tapıldı
27 İyul 2012 Cümə 06:47
Sovqatın aparıldığı şəxs narkotiklərin qanunsuz istifadəsi barədə qanunu pozduğu üçün 9 il iş alıb.
Ədliyyə nazirliyi penitensiar xidmətin əməkdaşları məhkumun yanına görüşə gəlmiş şəxsin çəzəçəkmə müəssəsinə narkotik maddə keçirmək cəhdinin qarşısını alıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonu ərazisindəki 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rauf Zülfüqarova tanışı Surxay Budaqov tərəfindən gətirilən sovqata baxış keçirilib. Baxış zamanı sovqatdakı 5 baş soğanın qabığının altında gizlədilmiş 5 bükümdə xalis çəkisi 2,631 qram olan heroin aşkar edilib.
Qeyd edək ki, Zülfüqarov cinayət məcəlləsinin 234-cü , yəni qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, daşıma, göndərmə və ya satma maddəsinin bir neçə bəndi ilə ittiham olunaraq 9 il azadlıqdan məhrum edilib və həmin müəssisədə cəza çəkir. Artıq faktla bağlı təhqiqat aparılır.
DOSTLARINLA PAYLAŞ: