Hava limanında atışma olub
02 Mart 2011 Çərşənbə 23:06
21 yaşlı kosovalı gənc iki ABŞ vətəndaşını qətlə yetirib
Almaniyanın Frankfurt hava limanında içərisində Amerika əsgərləri olan avtobusda silahlı insident baş verib. Nəticədə sürücü və bir əsgər olmaqla iki ABŞ vətəndaşı həlak olub. Şahidlərin dediyinə görə, atəş açan şəxs avtobusa gizli daxil olub. Buna görə də əsgərlərlə arasında mübahisə düşüb.
Nəticədə həmin şəxs silah çıxararaq ətrafa atəş açıb. Şahidlərin dediyinə görə, təqsirləndirilən şəxs atəş açmazdan əvvəl İslami şuarlar səsləndirib. Silahlı şəxs alman polisi tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. Almaniya polisinin açıqlamasına görə, əsgərlərə atəş edən 21 yaşlı şəxsin Kosovalı olduğu ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: