Hamilə qadının uşağı qarnından oğurlanıb
29 İyul 2009 Çərşənbə 11:50
Naməlum şəxslər ABŞ sakinini qətlə yetirəndən sonra qarnını yarıblar

 

ABŞ-ın Massacuse ştatında ağır qətl hadisəsi baş verib. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumatına görə, adıçəkilən ştatda 8 aylıq hamilə qadın öldürülüb. Bununla kifayətlənməyən şəxslər onun qarnındakı körpəsini oğurlayıblar.

23 yaşlı Darlena Haynesin cəsədini isə qonşular tapıblar. Belə ki, onlar binadan pis qoxu gəldiyi üçün ev sahibinə müraciət edərək mənzilin qapısını açıblar. İçəridə isə qətlə yetirilən qadın qarnı yarılmış vəziyyətdə aşkar edilib. 

Tibbi ekspertiza qadının qarnından oğurlanan uşağın yaşamaq ehtimalı olduğunu müəyyən edib.

Faktla bağlı araşdırma başlanılıb. Polis hadisə törədən və ya törədənlərin axtarışındadır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar