Hamilə qadın qarpızdan zəhərləndi
07 Avqust 2012 Çərşənbə Axşamı 11:03
Dünən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 3 nəfər isə qida zəhərlənməsi ilə müraciət edib.
Bakıda dünən 7 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, gün vuran şəxslərdən 3-ü xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində ilkin tibbi yardım göstərilib.

Xəstəxanaya yerləşdirilənlərdən biri 15 yaşlı yeniyetmə olub. Stansiyaya dünən daha 3 nəfər isə qida zəhərlənməsi ilə müraciət edib. Onlardan biri hamilə qadın olub. O, qarpızdan zəhərlənib.

Zəhərlənənlər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Zəhərlənmələrdən biri qarpızdan, 2-si isə qarışıq qidadan baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar