Hadisə

Haitidə jurnalist öldürüldü

Cinayətkarları görərək qaçmağa çalışan jurnalist buna məvəffəq ola bilməyib və başından aldığı 2 güllə yarası ilə ölüb

· Xəbərçi
Haitidə jurnalist öldürüldü
Haitidə müstəqil fəaliyyət göstərən 30 yaşlı jurnalist ölkə paytaxtı Port-o-Prensdə bankdan çıxarkən öldürülüb. Polis rəsmiləri jurnalist Jan Lui Şarl Riçardın 3 silahlı şəxsin hücumuna məruz qaldığını, qətli törədənlərdən birinin polis tərəfindən öldürüldüyünü deyib.

Qeyd edək ki, cinayətkarları görərək qaçmağa çalışan jurnalist buna məvəffəq ola bilməyib və başından aldığı 2 güllə yarası ilə ölüb. Hadisə ilə əlaqəsi olduğu güman olunan bir şübhəli isə artıq polis tərəfindən saxlanılıb.

Şərhlər