Hacıqabul rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə daxil olan məlumata görə, yanğın fevralın 26-sı günorta radələrində baş verib.
Nəticədə Hacıqabul Rayon Bələdiyyəsinin ümumi sahəsi 200 kvardatmetr olan ikimərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tavanın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.
Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Faktla bağlı təhqiqat aparılır. ANSPRESS
Hacıqabulun bələdiyyə binası yandı
Hacıqabulun bələdiyyə binası yandı. Hadisə zamanı xəsarət alan olmayıb.




Şərhlər